RU

Sumqayıtda geyim mağazasının fəaliyyəti dayandırıldı

Sumqayıtda geyim mağazasının fəaliyyəti dayandırılıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən "Tinderyol Baku" geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən "Tinderyol Baku" geyim mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Избранный
3
3
publika.az

10Источники