RU

Deputat: “Özəl klinikalara narkotik asılılığının müalicəsi üçün...”

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bu gün görürük ki, Azərbaycanda narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi üçün cəmi bir dispanser fəaliyyət göstərir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, statistik rəqəmlərə nəzər saldıqda isə aydın olur ki, bu müəssisədə müalicə almaq üçün insanlar növbəyə dayanmalı olur:

“Daha sonra isə reabilitasiya mərhələsinə keçid üçün yenidən gözləməli olurlar. Reabilitasiya mərkəzlərinin sayı da məhduddur və onlar çox az sayda insanı əhatə edə bilir. Yəni mövcud sistem bu sahədəki tələbatı qarşılaya bilmir.

Hesab edirəm ki, gələcəkdə bu sahədə müəyyən islahatlar aparılmalıdır. Məsələn, onkoloji xəstəliklərin müalicəsində olduğu kimi, müəyyən səlahiyyətlərin lisenziya əsasında özəl tibb müəssisələrinə verilməsi mümkündür.

Eyni yanaşma narkotik asılılığından müalicə və reabilitasiya proseslərinə də tətbiq oluna bilər. Bu xidmətlərin özəl və regional xəstəxanalara, hospitallara həvalə olunması daha effektiv nəticə verə bilər”.

Vilayət Muxtar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
1
cebheinfo.az

2Источники