RU

Sabiq nazir direktor təyin olundu – Foto

Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib.

Vətəninfo.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru təyin edilib. Bundan əvvəl sözügedən qurumun direktoru Seyidov Səbuhi Ələkbər oğlu olub.

Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə iqtisadiyyat naziri təyin olunub və 2023-cü ilin dekabrın 8-də Ali Məclisin qərarı ilə işdən azad edilib. Elə həmin ay Tapdıq Əliyev iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.

Избранный
2
28
veteninfo.az

10Источники