AZ

Naxçıvanın sabiq iqtisadiyyat naziri yeni vəzifəyə təyin olunub

Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyev yeni vəzifəyə təyin edilib.

Müvafiq əmrlə Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Sertifikatlaşdırma və Metrologiya Mərkəzi Publik Hüquqi Şəxsin direktoru təyin olunub.

Bundan əvvəl qurumun direktoru vəzifəsini Səbuhi Ələkbər oğlu Seyidov icra edib.

Tapdıq Əliyev 2019-cu il mayın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə iqtisadiyyat naziri təyin olunmuş, 2023-cü il dekabrın 8-də isə Ali Məclisin qərarı ilə vəzifəsindən azad edilmişdi. Daha sonra həmin ay iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunmuşdu.

Seçilən
0
28
anews.az

10Mənbələr