RU

Tramp İranı Hörmüz boğazına görə yenə HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Tramp İranı tankerlərin Hörmüz boğazından keçidi üçün ödəniş almamağa çağırıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında paylaşım edib.

“İranın Hörmüz boğazından keçən tankerlərdən ödəniş aldığına dair məlumatlar var. Ümid edirəm ki, bu belə deyil. Əgər doğrudursa, onlar bunu dərhal dayandırmalıdır”, – deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt aprelin 8-də ABŞ-nin İranın boğazdan keçən gəmilərdən ödəniş almasına qarşı olduğunu bildirmişdi. Bununla yanaşı, Vaşinqton və Tehranın bu məsələdə birgə fəaliyyət imkanının növbəti iki həftə ərzində müzakirə olunacağı qeyd olunub.

Избранный
24
1
veteninfo.az

2Источники