RU

İranda internet kəsintisi 41 gündür davam edir

İranda internet bağlantısının demək olar ki, tam kəsildiyi 41 gündür davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti "NetBlocks" məlumat yayıb.

Bildirilib ki, İranda internetin kəsilməsi artıq 42-ci günə — təxminən 984 saatlıq müddətə keçib. Təşkilat bunu indiyədək dünyada qeydə alınmış ən uzunmüddətli ölkəmiqyaslı internet kəsintisi kimi qiymətləndirib.

Məlumata görə, vəziyyət regiondakı siyasi gərginlik və ABŞ-İran arasında elan edilən atəşkəs prosesi ilə eyni dövrə təsadüf edir.

Xatırladılır ki, 7 apreldə ABŞ Prezidenti Donald Trump İranla iki həftəlik qarşılıqlı atəşkəs elan etmiş, tərəflərin bir sıra məsələlər üzrə razılığa yaxınlaşdığını bildirmişdi.

Tramp həmçinin Vaşinqtonun Tehranın təqdim etdiyi 10 bəndlik təklifləri gələcək danışıqlar üçün “işçi baza” kimi qəbul etdiyini qeyd etmişdi. Bu təkliflər arasında Hörmüz boğazı, uranın zənginləşdirilməsi, sanksiyaların ləğvi və regiondan qoşunların çıxarılması kimi məsələlər yer alıb.

İran tərəfi isə hücuma məruz qalmadığı halda “müdafiə xarakterli əməliyyatları” dayandırmağa hazır olduğunu açıqlamışdı.

Proses çərçivəsində vasitəçi rolunda çıxış edən Pakistanın Baş naziri Şahaz Şərif tərəfləri danışıqlar üçün İslamabada dəvət edib.

Aminə ŞAHSUVARQIZI

Избранный
19
redaktor.az

1Источники