RU

Bakının bu rayonunda işıqOLMAYACAQ

Bu gün Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Redaktor.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə aprelin 10-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində əsaslı təmir işləri aparılacaq.

Məlumata görə, Hövsan qəsəbəsində yerləşən Transformator Məntəqəsində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar əlaqədar saat 13:00-dan 15:00-dək qəsəbənin Elçin Məmmədov, Oqtay Şabanov, İlqar Əhlimanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Избранный
3
23
redaktor.az

10Источники