RU

Nazir müavini: "Azərbaycan 30 ildən çoxdur ki, BMT ilə sıx əməkdaşlıq edir"

Azərbaycan 30 ildən çoxdur ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə sıx əməkdaşlıq edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, idarəetmə və institusional inkişaf, vətəndaşlar üçün bərabər inkişaf imkanlarının yaradılması və digər istiqamətlərdə ardıcıl addımlar atır.

"Far.Az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, bu tərəfdaşlıq qlobal prioritetlərin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər"lə uzlaşdırılmasına mühüm töhfə verib: "BMT ilə əməkdaşlıq çərçivəsində indiyə qədər əməkdaşlığa dair 5 Çərçivə Sənədi hazırlanıb və hazırda 2026–2030-cu illəri əhatə edən 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur. 2021–2025-ci illəri əhatə edən əvvəlki Çərçivə Sənədi inklüziv artımın təşviqi, dövlət və sosial xidmətlər üçün institusional potensialın möhkəmləndirilməsi, ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizə kimi prioritet istiqamətləri əhatə edib".

Избранный
3
2
far.az

3Источники