RU

Məleykə Abbaszadə: Biz ədalət infrastrukturunun mühüm elementinə çevrilmişik

"Son 10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Bakıda keçirilən“Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” adlı beynəlxalq konfransda deyib.

O vurğulayıb ki, bu, sadəcə statistika deyil – bütöv bir nəslin təhsil və həyat trayektoriyasıdır:

“DİM artıq universitetə qəbul olmaq üçün sadə seçim mexanizmi olmaqdan kənara çıxıb. Biz ədalət infrastrukturunun mühüm elementinə çevrilmişik.
Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Ölkə rəhbərliyinin davamlı dəstəyi sayəsində biz təhsil və kadr siyasəti sahəsində proseslərin təhlili üçün dövlətə etibarlı empirik əsas verən unikal məlumat bazaları formalaşdırmışıq. Biz dünyanın ən “ekoloji-təmiz” enerjisi olan insan intellekti ilə işləyən sosial liftin fəaliyyətinə zəmin yaradırıq”,- DİM sədri vurğulayıb.

Избранный
17
3
teleqraf.com

6Источники