Bakı.Trend:
Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində ağıryol-nəqliyyat hadisəsi baş verib.
Trend-inməlumatına görə, hadisə aprelin 9-u səhər saat 06 radələrində başverib.
Belə ki, 1992-ci il təvəllüdlü Hüseynov İbrahim Sabaddin oğlununidarə etdiyi “Chevrolet Cruze” markalı minik avtomobili ilə 1953-cüil təvəllüdlü Məmmədov Mübariz Əli oğlunun idarə etdiyi “VAZ 2104”markalı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ 2104” markalı avtomobilin sürücüsü MübarizMəmmədov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Həminavtomobildə sərnişin olan 2010-cu il təvəllüdlü Qasımov MüzəffərXaliq oğlu isə xəsarət alıb.
Faktla bağlı Polis İdarəsində araşdırma aparılır.