RU

Xamenei niyə insanlar arasında görünmür? – İran ŞOK SƏBƏBİ AÇIQLADI

İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkənin ali dini lideri Müctəba Xamenei təhlükəsizlik risklərinin son dərəcə yüksək olması səbəbindən ictimaiyyət qarşısına çıxmır.

KONKRET.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Səid Xətibzadə məlumat verib.

Onun sözlərinə görə, mövcud şəraitdə təhlükələr ciddi şəkildə nəzərə alınmalıdır. O iddia edib ki, ABŞ beynəlxalq hüququ pozaraq dövlət başçısını öldürüb.

Xətibzadə əlavə edib ki, Vaşinqtonun müttəfiqi olan İsrail istənilən şəxsi hədəfə almaqdan çəkinməyəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
15
konkret.az

1Источники