RU

İranı hücumlarda ittiham etdilər

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Küveyt və Səudiyyə Ərəbistanı İranı və onun müttəfiqlərini müvəqqəti atəşkəs rejimi dövründə öz ərazilərindəki obyektlərə zərbələr endirməkdə ittiham ediblər.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Küveyt XİN ölkənin həyati əhəmiyyətli obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum cəhdi olduğunu bəyan edib.

Səudiyyə Ərəbistanının dövlət agentliyinin anonim mənbəyə istinadən yaydığı məlumatda isə hücumlar nəticəsində krallığın mühüm neft kəmərinin və neft emalı zavodunun zərər gördüyü deyilir.  

İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə hücumlarla əlaqəsini qəti şəkildə təkzib edib:

“İran İslam Respublikasının Silahlı Qüvvələri indiyədək atəşkəs saatları ərzində heç bir ölkəyə heç bir raket atmayıb”. 

İran tərəfi bu zərbələrin ABŞ və ya İsrailin təxribatı ola biləcəyini iddia edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
qafqazinfo.az

2Источники