RU

Papanın bu görüntüləri gündəm oldu – VİDEO

Vatikanda maraqlı anlar yaşanıb. Papa XIV Leo ABŞ-nin məşhur basketbol komandası “Harlem Globetrotters”in üzvlərini qəbul edib və onlarla birlikdə qeyri-adi bir an yaşayıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, 70 yaşlı Papa qonaq oyunçuların köməyilə basketbol topunu barmağında fırlatmağı sınayıb.

Hadisə Vatikan ziyarəti zamanı baş verib və iştirak edənlərin alqışları ilə qarşılanıb.

Sosial mediada yayılan görüntülərdə Papa Leo “Globetrotters”in məşhur qırmızı-ağ-mavi basketbol topu ilə zarafatla hərəkətlər edir və oyunçularla səmimi şəkildə görüşür. Bu görüntülər qısa zamanda geniş yayılıb və gündəm olub.
 

2025-ci ilin mayında papalıq taxtına seçilən Papa Leo XIV (Robert Fransis Prevost) ABŞ-də anadan olan ilk papa kimi tarixə düşüb. O, həmçinin gənclik illərindən basketbola marağı ilə tanınır.


Papa Leonun idmana olan marağı əvvəllər də gündəmə gəlib. Onun ABŞ-nin Çikaqo şəhəri komandalarına simpatiyası olduğu, həmçinin universitet illərində basketbol və futbolu yaxından izlədiyi bildirilir.


Bizim.Media

Избранный
12
2
bizim.media

3Источники