Misli Premyer Liqasında XXVII tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, açılış oyununda "Karvan-Yevlax" "Kəpəz"i qəbul edəcək.
Yevlax təmsilçisinin artıq Premyer Liqada qalmaq ehtimalı çox aşağıdır.
Onlar 8 xalla sonuncu yerdədir və son 7 tura "Qəbələ"dən 11 xal geridə girirlər.
"Kəpəz" isə 21 xalla 10-cu yerdədir.
Misli Premyer Liqası, XXVII tur
10 aprel (cümə)
15:30 “Karvan-Yevlax” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Emin Əliyev
AVAR: Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Novruz Əzimov
Yevlax şəhər stadionu