Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova vəzifəsindən ayrılıb.
Moderator.az xəbər verir ki, o, bununla bağlı sosial media hesabında paylaşım edib.
“Sizinlə bir məlumatı bölüşmək istəyirəm. 10 ildən artıqdır çalışdığım, mənim üçün doğma olan Azərbaycan Tibb Universitetindəki vəzifəmdən öz istəyimlə ayrıldım.
Böyük zəhmətlə keçdiyim bu yol mənim üçün sadəcə bir iş deyil, həm də zəngin təcrübə və dəyərli insanlarla, o cümlədən tibb sahəsinin peşəkarları ilə birgə fəaliyyət imkanı oldu.
Başda ATU rəhbərliyi olmaqla, doğma universitetin bütün kollektivinə, həmçinin daim əməkdaşlıq etdiyim media nümayəndələrinə dərin təşəkkürümü bildirirəm”, – deyə o qeyd edib.