RU

“İsrail Livanda soyqırımı törədir”

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“İsrail davam edən atəşkəs danışıqlarına baxmayaraq, Livanda soyqırımı törədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif “X” hesabında yazıb.

Nazir İsraili “pis və lənətlənmiş” adlandırıb. O qeyd edib ki, İslamabadda sülh danışıqları davam etdiyi bir vaxtda Livanda mülki əhali hədəf alınır: “İsrail əvvəl Qəzzada, sonra İranda, indi isə Livanda günahsız mülki şəxsləri öldürür”.

O həmçinin İsrailin Fələstin əraziləri ilə bağlı siyasətinə də toxunaraq müxtəlif iddialar səsləndirib.

Qeyd edək ki, İsrail tərəfi Livanın ABŞ və İran arasında razılaşdırılan müvəqqəti atəşkəsə daxil olmadığını bildirir və hücumlarını davam etdirir.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2 martdan bəri İsrail hücumları nəticəsində 1888 nəfər həyatını itirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
qafqazinfo.az

1Источники