Kamçatkada turist qrupu itkin düşüb.
Publika.az xəbər verir ki, bu barədə Kamçatka diyarının Fövqəladə Hallar Nazirliyinə istinadla "Kamçatka-inform" "Telegram" kanalı məlumat yayıb.
İdarənin məlumatına görə, yeddi turist "Nalıçevo" parkında peyk telefonu və çadır olmadan hərəkət ediblər.
Aprelin 3-də baş vermiş münaqişə səbəbindən qrup iki yerə bölünüb. Telefonu və çadırı olan iki iştirakçı kordona (mühafizə məntəqəsinə) çıxa bilsələr də, qalan yeddi nəfər marşrutu davam etdirib.