RU

Britaniya baş nazirindən Tramp və Putinə: “Artıq bəsdir!”

Böyük Britaniyanın baş naziri Keir Starmer qlobal enerji böhranı fonunda sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, baş nazir ölkədə ailələrin və bizneslərin artan enerji xərclərindən ciddi narazılıq keçirdiyini bildirib.

Onun sözlərinə görə, dünya siyasətində baş verən proseslər – xüsusilə Vladimir Putin və Donald Trump kimi fiqurların qərarları – birbaşa olaraq sadə insanların həyatına mənfi təsir göstərir.

“Artıq bezmişəm ki, ölkə üzrə ailələr və bizneslər enerji hesablarının davamlı artımı ilə üz-üzə qalır. Bunun səbəbi isə Putin və Trampın dünya üzrə atdığı addımlardır”, – deyə Starmer vurğulayıb.

Baş nazir əlavə edib ki, hökumət enerji qiymətlərinin sabitləşdirilməsi və əhalinin sosial yükünün azaldılması üçün əlavə tədbirlər üzərində işləyir.

Musavat.com

Избранный
15
50
musavat.com

10Источники