"İran müharibəsinin yaratdığı qlobal qeyri-sabitlik və ABŞ Prezidenti Donald Trampın dəfələrlə tənqidləri Britaniyanın təhlükəsizlik və iqtisadiyyat sahəsində Avropa müttəfiqləri ilə daha sıx əməkdaşlıq etməsini zəruri edir".
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Britaniyanın Baş naziri Kir Starmer çərşənbə günü bildirib. Artan xərclərlə bağlı ictimai narahatlığı azaltmaq məqsədilə keçirilən mətbuat konfransında Starmer müharibənin təsirini “bir nəsil üçün bizi müəyyən edəcək” və 1970-ci illərdə enerji qiymətlərinin artmasına bənzəyəcək səviyyədə ola biləcəyini qeyd edib.
Starmer, həmçinin "Brexit"in vurduğu “dərin zərərin” bir hissəsini aradan qaldıracağına ümid etdiyini söyləyib. O, Avropa Birliyi ilə qarşıdakı həftələrdə başqa bir zirvə görüşü planlarını açıqlayıb.
Baş nazir jurnalistlərə bildirib:
“Dünya bu dəyişkən yolda davam etdikcə, uzunmüddətli milli maraqlarımızın Avropadakı müttəfiqlərimizlə daha sıx tərəfdaşlıq tələb etdiyi getdikcə daha aydın olur”.
Çərşənbə axşamı günü isə Tramp İrana qarşı müharibəyə qoşulmaqdan imtina edən Avropa ölkələrini yenidən tənqid edib. O, enerji qiymətlərinin artmasına səbəb olan münaqişə səbəbindən transatlantik münasibətlərin pisləşməsində Britaniya və Fransanı günahlandırıb.
Prezident ABŞ-yə arxa çevirən ölkələrə xəbərdarlıq edib:
“Özünüz üçün necə mübarizə aparmağı öyrənməyə başlamalısınız, çünki ABŞ artıq sizə kömək etmək üçün orada olmayacaq”.