RU

Dağıstanda fövqəladə vəziyyət rejimi gücləndiriləcək

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov daşqınlardan zərər çəkmiş Dağıstanda və Çeçenistanda federal səviyyəli reaksiya rejiminin tətbiq edilməsini təklif edib.

Publika.az xəbər verir ki, o, iki regiondakı vəziyyətin federal xarakterli fövqəladə vəziyyət kimi qiymətləndirilməsi təşəbbüsü ilə çıxış edib.

Onun fikrincə, hər iki respublika rəhbərliyi yaşayış evlərinin və sosial əhəmiyyətli obyektlərin bərpası planlarının hazırlanmasını təşkil etməlidir.

Martın 28-də və aprelin 4-5-də yağan güclü yağışlar Dağıstanda genişmiqyaslı daşqınlara səbəb olub. Mahaçqala, Xasavyurt, Buynaksk, Dağıstan Oqniləri, Kaspiysk şəhərlərində, eləcə də respublikanın bir sıra rayonlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Избранный
20
2
publika.az

4Источники