RU

Hər şey tam məhv edilməyib İsrail səfiri DETALLARI AÇDI

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ümumi nəticəyə baxsaq, demək olar ki, bunu 100% uğurlu hesab etmək olmaz. Əlbəttə, hər şey tam məhv edilməyib. Amma düşünürəm ki, kifayət qədər təsirli və diqqətəlayiq nailiyyətlər əldə olunub”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Ronen Krauzs APA-ya İranla aparılan müharibə ilə bağlı danışarkən deyib.

O bildirib ki, İranın məhv edilən silahları bərpa etməsi çox çətin olacaq:

“Bura metallurgiya sənayesinə ciddi zərbə vurulması, dəmir yolları və körpülər daxil olmaqla, milli infrastrukturun zədələnməsi, onlarla, hətta yüzlərlə polis idarəsi və bölməsinin, çoxsaylı hərbi bazanın və İslam İnqilabı Keşikçiləri Korpusunun bazalarının, hava limanlarının vurulması, həmçinin, İran xalqı üçün də təhlükə yaradan müxtəlif qüvvələrin təxminən 10 min üzvün zərərsizləşdirilməsi də daxildir”.

Elan edilən atəşkəsin Livana şamil edilməməsi məsələsi ilə bağlı fikir bildirən səfir qeyd edib ki, ABŞ Prezidenti açıq şəkildə Livanın atəşkəsin bir hissəsi olmadığını bildirib, buna görə də “Hizbullah“dan gələn təhdidlərə qarşı əməliyyatlar davam etdirilir.

“Əgər atəşkəs İranla elan olunursa və dərhal avtomatik olaraq Livanı da əhatə edirsə, bu əslində o deməkdir ki, Livan da İranın bir hissəsidir. Məncə, vəziyyət belə deyil. Livan suveren ölkədir və hökumət artıq açıqlayıb ki, Hizbullahı legitim qüvvə kimi tanımır. Bu isə o deməkdir ki, Livan hökumətinin məsuliyyəti Hizbullah tərəfindən həyata keçirilən hər hansı fəaliyyəti dayandırmaq və aradan qaldırmaqdır, və onlar bunu etmədiyi müddətdə, İsrail bunu özü həyata keçirəcək. Çünki son bir neçə həftədə üzləşdiyimiz reallığa dözməyəcəyik. İsrailin şimal bölgələri yüzlərlə raket, tank əleyhinə bombalar və dronlarla vurulur və bu həmin ərazilərdə dözülməz vəziyyətə səbəb olur. İsrail ordusu əməliyyatlarını davam etdirəcək, Livandan gələn hər hansı təhdidi aradan qaldıracaq. Əlbəttə, vətəndaşlara qarşı hər hansı hücum və ya zərbəni önləmək üçün əlimizdən gələni edirik”, – Krausz əlavə edib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
globalinfo.az

1Источники