RU

“Mançester Siti” 16 yaşlı alman istedadın arxasınca düşüb

Premyer Liqa nəhəngi “Mançester Siti” gələcəyin ulduzlarını heyətinə qatmaq strategiyasını davam etdirir.

Fanat.Az xəbər verir ki, "şəhərlilər" “Hertha Berlin”in 16 yaşlı yarımmüdafiəçisi Kennet Ayxxornu transfer etmək üçün yarışa qoşulublar.

Almaniyalı yeniyetmə istedad üçün həm Bundesliqa, həm də Premyer Liqanın bir neçə digər klubu da maraq göstərir. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, gənc futbolçunun müqaviləsində təxminən 12 milyon avro dəyərində sərbəstqalma məbləği mövcuddur.

Kennetin potensialı Avropa skautları tərəfindən yüksək qiymətləndirilir və onun yaxın gələcəkdə böyük klublardan birinə keçidi qaçılmaz görünür.

Избранный
16
1
fanat.az

2Источники