Bakı. Trend:
2025-ci ildə Qətərdən Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 15,705 milyon ABŞ dolları təşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cüildəki göstərici ilə müqayisədə 3,2 milyon ABŞ dolları və ya 25,5%çoxdur.
Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pulköçürmələrində Qətərin payı 1,3% təşkil edib.
2024-cü ildə Qətərdən Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 12,510 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fizikişəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici iləmüqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1milyon ABŞ dolları və ya 8,7% çoxdur.