RU

Azərbaycan daha bir mühüm status qazandı Beynəlxalq səviyyədə təsdiq

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya-Ukrayna, ABŞ-İran, İsrail və “Hizbullah” arasında davam edən münaqişələr qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır”.

Bu sözləri Globalinfo.az-a deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, geosiyasi rəqabət, iqtisadi qeyri-sabitlik və ərzaq təhlükəsizliyi təhdidləri beynəlxalq nizamı silkələyir:

“Azərbaycan isə regional gərginliklər fonunda “sabitlik adası” kimi tanınır və təhlükəsizlik indeksində yüksək mövqe tutur.

Müasir dünya tədricən daha qeyri-sabit, daha kəskin rəqabətli və çoxqütblü qlobal sistemə doğru hərəkət edir. Böyük ehtimalla bu yeni sistemdə hər bir dövlət artıq daha çox öz milli maraqlarına əsaslanan xarici siyasət xəttini üstün tutmağa məcbur olacaq.

Azərbaycan dövləti həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, uğurlu təhlükəsizlik siyasəti sayəsində dünyada çox yüksək sabitlik reytinqinə malikdir. Hətta inkişaf etmiş dövlətlər belə, terror təhlükəsi baxımından Azərbaycandan geridədirlər. Bu, sözsüz ki, rəsmi Bakının təhlükəsizlik siyasətinin effektivliyini daha aydın şəkildə ortaya qoyur. Eyni zamanda görünən odur ki, ölkəmiz Cənubi Qafqaz regionunda təhlükəsizlik baxımından da liderdir. Bu, həm də mövcud ictimai-siyasi sabitlikdən xəbər verir.

Müşfiq Cəfərov

“Global Terrorism Index 2026” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralaması təqdim edilib. Hesabatda Azərbaycan daha da irəliləyərək dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alıb. Bu gün dünyanın müxtəlif regionlarında müharibələr, silahlı toqquşmalar, terror təhdidləri və qeyri-sabitlik genişlənməkdədir. Belə bir vəziyyətdə Azərbaycanın “sabitlik adası” kimi seçilməsi dövlətimizin böyük uğurudur. “Global Terrorism Index 2026” hesabatı isə bu uğurun beynəlxalq səviyyədə təsdiqidir”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
globalinfo.az

1Источники