RU

Qalibaf atəşkəsdən danışdı

İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ ilə əldə olunan və İsraili də əhatə edən müvəqqəti atəşkəs Livanı da əhatə edir və atəşkəsin pozulması “güclü reaksiyalar” doğuracaq.

O, ABŞ-yə “Atəşi dərhal söndürün” çağırışı edib.

"Cebheinfo.az" xəbər verir ki, Qalibaf sosial media hesabında paylaşdığı mesajda ABŞ ilə əldə olunan və İsraili də əhatə edən müvəqqəti atəşkəsə baxmayaraq, İsrailin Livana hücumlarını və ABŞ rəhbərliyinin atəşkəsin Livanı əhatə etmədiyinə dair iddialarını dəyərləndirib.

Atəşkəsə vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərifin atəşkəsin Livanı da əhatə etdiyinə dair açıqlamasını xatırladan Qalibaf deyib: 

“İnkar və geri addım atmağa heç bir yer yoxdur. Livan və bütün "Müqavimət Oxu" İranın müttəfiqləri kimi atəşkəsin ayrılmaz hissəsini təşkil edir. Atəşkəsin pozulması açıq nəticələrə və güclü cavablara səbəb olacaq. Atəşi dərhal söndürün”.

İran ilə ABŞ arasında əldə olunan və İsraili də əhatə edən müvəqqəti atəşkəsin vasitəçisi olan Şərif, atəşkəsin Livanı da əhatə etdiyini bildirsə də, ABŞ vitse-prezidenti Ceyms Devid Vens İsrailin Livana hücumlarının İranla əldə olunan müvəqqəti atəşkəsə daxil olmadığını müdafiə edib.

İran isə bəyan edib ki, atəşkəs Livan da daxil olmaqla bölgədəki bütün münaqişə və müharibələrin dayandırılmasını əhatə edir.

Избранный
14
1
cebheinfo.az

2Источники