RU

Hesablama Palatası və TİKA dövlət auditinin rəqəmsallaşdırılmasını nəzərdən keçirib

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasında Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndə heyəti ilə görüş keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı TİKA nümayəndələri qurumun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən dövlət idarəçiliyinin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi və bilik mübadiləsi istiqamətində reallaşdırılan təşəbbüslər barədə məlumat veriblər.

Qeyd edilib ki, bu istiqamətlər üzrə mümkün əməkdaşlıq imkanlarının müzakirəsi və gələcək təşəbbüslərin müəyyən edilməsi əhəmiyyət kəsb edir.

Hesablama Palatasının aparat rəhbəri və struktur bölmə rəhbərləri qurumun əsas fəaliyyət istiqamətləri, eləcə də son illərdə dövlət auditinin inkişafı sahəsində görülmüş işlər barədə məlumat veriblər.

Görüşdə dövlət auditinin rəqəmsallaşdırılması, audit fəaliyyətində müasir yanaşmaların tətbiqi, ali audit orqanının əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətlərin əhəmiyyəti vurğulanıb.

Sonda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarının araşdırılmasının faydalı olacağını qeyd ediblər.

Избранный
22
2
azertag.az

3Источники