RU

Hərbi təhsil sistemində elmi tədqiqat işinə maraq güclənib Kursant Hərbi Elmi Cəmiyyətinin 21 ci Konfransı

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda “Kursant Hərbi Elmi Cəmiyyətinin 21-ci Konfransı” keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, konfransda institutun zabitləri, professor-müəllim heyəti, kursantları, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin tələbələri, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların Hərbi İnstitutunun və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidlər xiyabanı və Hərbi Memorial Məzarlığı ziyarət edilərək, şəhidlərin məzarları önünə gül dəstələri düzülüb.

Konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi, hərbi təhsil sistemində də elmi-tədqiqat işinə maraq güclənib.

Kursant Hərbi Elmi Cəmiyyətinin strateji məqsədi elmi düşüncəyə malik, analitik təhlil aparma və innovativ yanaşma bacarığına malik peşəkar zabitlərin hazırlanmasına, kursantların elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasına, nəzəri biliklərinin praktiki tətbiqinə, müasir texnologiyalar və hərb elminin mənimsənilməsinə, həmçinin kursantların elmi rəhbərlərlə birgə yaradıcılıq mühitinin inkişafına fayda verməkdir.

Konfransda çıxış edən kursantlara və onların elmi rəhbərlərinə institutun rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.

Sonda qonaqlar üçün Hərbi İnstitutun ərazisindəki Muzey və İdeoloji Mərkəzə ziyarət təşkil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
4
azertag.az

5Источники