RU

21-ci əsr müharibələrinin əsas komponenti - Dronlar

Müasir dövrdə müharibələrin xarakteri köklü şəkildə dəyişir və bu transformasiyanın mərkəzində pilotsuz uçuş aparatları – dronlar dayanır. Dronlar artıq yalnız köməkçi vasitə deyil, əməliyyatların planlaşdırılmasından nəticələrin əldə olunmasına qədər bütün mərhələlərdə həlledici rol oynayan əsas komponentə çevrilib.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, son illərdə baş verən qarşıdurmalar, xüsusilə İranla ABŞ-İsrail arasında gərginlik və Rusiya-Ukrayna müharibəsi açıq şəkildə göstərir ki, texnologiyaya əsaslanan silahlar artıq prioritet təşkil edir: "Bu kontekstdə dronlar bir neçə səbəbə görə ön plana çıxır. Birincisi, kəşfiyyat və real vaxt məlumat üstünlüyünə görə. Dronların hesabına döyüş meydanında informasiya üstünlüyü həlledici faktora çevrilib.

İkincisi, droanların dəqiq zərbə imkanlarıdır ki, bu, yüksək dəqiqliklə hədəflərin məhv edilməsini şərtləndirir. Üçüncüsü, droanların asimmetrik üstünlüyü. Nisbətən ucuz vasitələrlə bahalı texnikanın sıradan çıxarılması məhz dronların hesabına reallaşdırılır. Dördüncüsü insan itkilərinin azaldılması amilidir. Pilotsuz sistemlər canlı qüvvə itkisi riskini minimuma endirir. Məsələn, Rusiya-Ukrayna müharibəsində həm kamikadze dronların, həm də FPV dronların geniş istifadəsi klassik tank və artilleriya doktrinasını ciddi şəkildə dəyişib. Eyni tendensiya Yaxın Şərqdə də müşahidə olunur. İranın dron proqramı və İsrailin yüksək texnologiyalı PUA sistemləri qarşılıqlı deterrensiyanın əsas elementinə çevrilib.

Bu baxımdan “dronlar artıq müasir müharibələrin əsasını təşkil edir” demək müəyyən mənada əsaslıdır. Lakin daha dəqiq ifadə etsək, onlar şəbəkə mərkəzli müharibənin əsas dayaqlarından biridir”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
40
6
musavat.com

10Источники