AZ

Tramp: İran razılaşma əldə etmək istəyir

ain.az bildirir, Azertag portalına istinadən.

Vaşinqton, 6 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranın müharibəyə son qoymaq üçün danışıqlarda fəal və istəkli iştirakçı olduğunu bildirib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, mətbuat konfransında deyib.

"Atəşkəsdən danışa bilmərəm, amma sizə deyə bilərəm ki, digər tərəfdən də aktiv və istəkli iştirakçımız var. Onlar razılaşma əldə etmək istəyirlər. Bundan artıq bir şey deyə bilmərəm", - deyə Prezident əlavə edib.

Tramp, həmçinin münaqişəyə son qoymaq üçün vasitəçilərlə danışıqların yaxşı getdiyini bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
50
azertag.az

10Mənbələr