RU

Azərbaycanda avtomobillərin qeydiyyatı rəqəmsallaşdırılır

Bakı.Trend:

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması elektronqaydada həyata keçiriləcək.

Trend-inməlumatına görə, qeydiyyat Elektron Hökumət İnformasiya Sistemi(EHİS) üzərindən icra ediləcək.

Belə ki, Daxili İşlər Nazirliyi 2026-cı ilin iyunun 1-dəkxidmətin rəqəmsallaşdırılmasının mümkün mərhələlərini müəyyənetməlidir.

Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi2026-cı il iyulun 29-dək müəyyən edilmiş mərhələləri RİNNtövsiyyəsi nəzərə alınmaqla rəqəmsallaşdırmalıdır.

Xidmətin “mygov” platformasında istifadəyə verilməsi bu ilinnoyabrın 30-dək həyata keçirilməlidir.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxiliİşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Избранный
30
5
az.trend.az

6Источники