RU

“Azercell”ilərin NƏZƏRİNƏ: Sizi belə aldada bilərlər – Foto

“Azercell” abunəçisi sözegedən mobil operatorun onu necə aldatdığını ictimailəşdirib.

Tribuna.az xəbər verir ki, şikayətçi Aqil Quliyevin sözlərinə görə, şirkət onu aldadaraq 60 manatlıq tarifə qoşub:
“Bir neçə ay əvvəl nömrəmi başqa operatora daşımaq istədiyim vaxt daha sərfəli şərtlərlə başqa tarif təklif olundu. Həmin təklifi qəbul etdim. Ötən ay SMS vasitəsilə daha sərfəli olduğu bildirilən yeni tarif təklifi göndərilib. İlk mesajda tarifin növbəti aylarda 60 manata başa gələcəyi qeyd edilməyib.
Şikayətçi qeyd edib ki, sonradan göndərilən SMS-də tarifin növbəti aylarda 60 manat olacağı göstərilib:
“İlk mesajda tarifin növbəti aylarda qiymətinin 60 manat olacağı barədə məlumat qeyd olunmamışdı və mən də qəbul etdim. Paket aktiv olunandan sonra gələn SMS-də sonda qeyd olunub ki, növbəti aylarda 60 manat olacaq”.
Şikayətçi hesab edir ki, bu cür təqdimat müştərinin yanlış yönləndirilməsinə səbəb olur:
“Bu nə dərəcə düzgündür? Mən əvvəlki sərf edən paketimdən məcbur çıxarıldım. Ya 60 manat ödəməliyəm, ya da sərf eləməyən başqa paketlərə keçməliyəm”.
Vətəndaş iddia edir ki, əgər tarifin sonrakı aylarda 60 manat olacağı ilk SMS-də açıq şəkildə göstərilsəydi, həmin təklifi qəbul etməzdi:
“60 manat məsələsi ilk SMS-də göndərilsə idi, mən qəbul etməyəcəkdim. Müştəriləri aldatmaq sayılır bu məsələ”.
Paylaşıma əlavə edilən ekran görüntülərində istifadəçiyə ilkin olaraq endirimli tarif təklif edildiyi, daha sonra isə növbəti yenilənmə qiymətinin 60 AZN olacağı barədə məlumat verildiyi görünür.
Məsələ ilə bağlı Azercell-in mövqeyini dərc etməyə hazırıq.






Избранный
3
1
yenilik.az

2Источники