RU

"Azərbaycan – Səudiyyə Ərəbistanı ticarət dövriyyəsi üçün 9 milyon dollar heçnədir" -Xalid Kərimli

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi yalnız 9,1 milyon dollar təşkil edir. İqtisadçı Xalid Kərimli QHT.az-a açıqlamasında  bildirib ki, bu rəqəm iki ölkə arasındakı dövriyyə üçün əhəmiyyətsizdir.

“Doqquz tam onda bir milyon dollar heçnədir. İki ölkə arasında bu rəqəm dövriyyə üçün nəzərə alınacaq səviyyədə deyil. Azərbaycanın ticarət dövriyyəsi 40 milyard dollardan yuxarıdır, Səudiyyə Ərəbistanının dövriyyəsi isə yüz milyardlarla ölçülür. Bu, demək olar ki, heç bir əlaqə deməkdir,” – Kərimli qeyd edib.

O bildirib ki, potensial böyükdür: “Səudiyyə Ərəbistanı əlaqələrin inkişaf etdirilməsi, investisiyanın ölkəmizə cəlb edilməsi və kənd təsərrüfatı məhsullarının ixracı üçün imkanlar çoxdur. Əgər potensialdan tam istifadə olunsa, ticarət dövriyyəsi ən azı yüz dəfə çox ola bilər. Bir ilə 9 milyon dollarlıq dövriyyə gündə və ayda nəzərə alınacaq səviyyədə deyil.”

Zəhra Ağayeva

Избранный
15
qht.az

1Источники