RU

Ehtiram Quliyev 15 min cərimələndi

AFFA İntizam Komitəsi “Turan Tovuz” klubuna ümumilikdə 20 000manat məbləğində cərimə tətbiq edib.

Qərar Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda– “Turan Tovuz” və “Zirə” komandaları arasında keçirilənqarşılaşmada baş verən hadisələrlə bağlı qəbul olunub. Belə ki,matç zamanı tovuzlu azarkeşlərin hakimlərə qarşı kütləvi şəkildətəhqiramiz ifadələr işlətməsi klubun 5 000 manat cərimələnməsi ilənəticələnib.

Bundan əlavə, oyundan sonra “Turan Tovuz”un İdarə Heyətininsədri Ehtiram Quliyevi AFFA və onun qurumlarının nüfuzunu şübhəaltına alan açıqlamalar verdiyinə görə klub daha 15 000 manatcərimə olunub.

Görüşdə “Zirə” komandasının 4 futbolçusu sarı vərəqə iləcəzalandırıldığı üçün paytaxt təmsilçisi də 700 manat məbləğindəcərimə edilib.

Избранный
19
3
az.trend.az

4Источники