RU

Moped və motosiklet qəzaları nəticəsində 3 nəfər öldü

Cari ilin ilk üç ayı ərzində Azərbaycanda motosiklet və moped sürücülərinin təqsiri səbəbindən baş verən beş yol-nəqliyyat hadisəsində üç nəfər həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, birinci rübdə sözügedən səbəbdən iki nəfər xəsarət alıb.

Həmçinin təkcə ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ü motosiklet sürücülərinin iştirakı ilə baş verib. Yasamal, Xətai və Abşeron rayonları ərazisində qeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib.

Избранный
80
2
metbuat.az

9Источники