RU

Kreml: Pasxa bayramı ilə bağlı atəşkəs qərarı hələ qəbul edilməyib

BAKI, 9 aprel. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin hazırda Ukraynadakı hərbi əməliyyatlar zonasında Pasxa bayramı ilə əlaqədar atəşkəs elan edilməsinə dair hər hansı qərar qəbul etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Jurnalistlərin ötən il olduğu kimi bu il də pravoslav Pasxası zamanı müvəqqəti barışığın müzakirə edilib-edilməməsi ilə bağlı sualını cavablandıran D.Peskov bildirib: "Bu günə olan məlumata görə, ali baş komandan tərəfindən heç bir qərar qəbul olunmayıb".

Qeyd edək ki, bu il pravoslav dünyası Pasxa bayramını aprelin 12-də qeyd edəcək.

Избранный
25
teleqraf.com

1Источники