RU

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 12 faizədək artıb

Bakı, 9 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artaraq 862 milyon dollar təşkil edib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin aprel sayına dair ilkin göstəricilərinə istinadla xəbər verir ki, bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1 faiz artaraq 281 milyon dollara bərabər olub.

İcmala əsasən, cari ilin yanvar-mart aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,5 dəfə, pambıq iplik 2 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 68,4 faiz, pambıq lifi 43,5 faiz, meyvə-tərəvəz 22,1 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 20,4 faiz, çay 15,1 faiz, spirtli və spirtsiz içkilər isə 4,3 faiz artıb.

2026-cı ilin yanvar-mart aylarında aqrar məhsullar üzrə ixrac 26,6 faiz artaraq 215,6 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4 faiz artaraq 88 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8 faiz artaraq 303,7 milyon dollara bərabər olub.

Избранный
5
5
azertag.az

10Источники