RU

ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının bütün hesabatları anti Azərbaycan xarakterlidir - Sahib Məmmədov

Azərbaycan Respublikasında yaşayan dini icmaların nümayəndələri, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) “2026-cı il İllik Hesabatı”nda yer alan 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair iddialarla bağlı narahatlıqlarını ifadə ediblər.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov, QHT.az-a açıqlamasında bəzi beynəlxalq qurumların Azərbaycana qarşı mövqeyini sərt tənqid edib. S.Məmmədovun sözlərinə görə, “Bu qurumun bütün hesabatları anti Azərbaycan xarakterlidir. Hətta Dövlət katibi tərəfindən Azərbaycanı xüsusi narahatlıq doğuran ölkələr siyahısına daxil ediblər".

Sahib Məmmədov bildirib ki, bu təşkilat saxta hesabatlar yayaraq guya erməni dini obyektlərinin Azərbaycanda dağıdılması barədə yalan məlumatlar təqdim edir. Müsahibimiz vurğulayıb ki, “Azərbaycanda dindarların təqib olunması ilə bağlı hesabatlar təqdim edərək, həm də illər əvvəl gizli layihələr həyata keçiriblər".

Hüquqşünas həmçinin qeyd edib ki, bu qurum konqresə tabe olan və Dövlət Departamentindən birbaşa subsidiya alan təşkilatdır. Sahib Məmmədov deyib ki, təşkilatın fəaliyyəti Azərbaycanda konfessiyalararası qarşıdurma yaratmaq məqsədini daşıyıb, o cümlədən məktəblərdə dinin tədrisi ilə bağlı layihələr həyata keçiriblər. Onun sözlərinə görə, bəzi dövlət qurumlarının da o zaman məqsədli fəaliyyətə cəlb olunduğu doğru olsa da, sonradan bu fəaliyyətin qarşısı alınıb.

Fatimə Nəbiyeva

Избранный
54
qht.az

1Источники