RU

Murad Arif: "Bunlar yoxdursa, uşaq yox, problem böyüdürsən"

“Heç kim heç kimə “çox uşaq doğ və ya doğma” deyə bilməz. Bu, şəxsi seçimdir. Dövlət üçün isə məsələ başqa cürdür: artım azalsa, əhali qocalar, işçi qüvvəsi və vergi ödəyənlər azalar. Bu da yeni problemlər yaradacaq”.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu müğənni Murad Arif bildirib.

O, məsələyə belə aydınlıq gətirib:

“Xalq isə adətən 2 şüarla danışır.

1. “Övladın ruzisini Allah yetirir”, - deyirlər. Faktlar nə deyir? Bax!

Hər il dünyada təxminən 3 milyon uşaq qida çatışmazlığı ilə əlaqəli səbəblərdən ölür. Təxminən 45 milyon uşaq ağır qidalanma çatışmazlığından əziyyət çəkir. Hanı bəs?!

2. Ya da “Şəhid olmaq perespektivini” səbəb gətirib, artımı dəstəkləyirlər.

Bu isə, nə bilim... Öz övladına ölüm perspektivi kimi baxmaq...? Yox. Aydın məsələdir ki, bunu deyənlər öz övladını yox, başqasının övladını nəzərdə tutur həmişə. Ya da ki valideyn deyil.

Əlqərəz, həqiqət birdir. İnsan anlamalıdır ki, doğduğun can xoşbəxt olmalıdır.

Xoşbəxtlik nədir? İsti yuva, Şiddətsiz valideyn, Tox qarın, Təmiz geyim, Sağlamlıq, Təhsil, Təbəssüm, Təhlükəsiz yaşam... Bunlar yoxdursa, sadəcə uşaq yox, problem böyüdürsən”.

"Cebheinfo.az"

Избранный
6
3
cebheinfo.az

4Источники