AZ

Heç kim heç kimə “çox uşaq doğ doğma” deyə bilməz Müğənni

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailədə 6 uşaq dəm qazından zəhərlənmişdi.

Həmin ailədə uşaq sayı isə 9-dur.

Sözügedən hadisə müzakirələrə də səbəb olub.

Belə ki, görüntülərdən ailə başçısının imkansız olduğu görünür. Belə olan halda isə insanların “Bu qədər uşaqğa nə ehtiyac var?” kimi etiraz sualları sosial şəbəkəni bürüyüb.

Hadisəyə müxtəlif şərhlər var.

Gununsesi.info-ya bu barədə müğənni Murad Arif də danışıb.

O bildirib ki, heç kim heç kimə “çox uşaq doğ-doğma” deyə bilməz. Bu, şəxsi seçimdir:

“Dövlət üçün isə məsələ başqa cürdür. Artım azalsa, əhali qocalar, işçi qüvvəsi azalar, vergi ödəyənlər azalar. Bu da yeni problemlər yaradacaq.”Xalq” isə adətən 2 şüarla danışır. Birincisi odur ki, “Övladın ruzisini Allah yetirir” deyirlər. Faktlar nə deyir? Hər il dünyada təxminən 3 milyon uşaq qida çatışmazlığı ilə əlaqəli səbəblərdən ölür. Təxminən 45 milyon uşaq ağır qidalanma çatışmazlığından əziyyət çəkir. Hanı bəs? Digər tərəfdən, “Şəhid olmaq perespektivini” səbəb gətirib, artımı dəstəkləyirlər. Bu isə, nə bilim. Öz övladına ölüm perspektivi kimi baxmaq? Yox. Aydın məsələdir ki, bunu deyənlər öz övladını yox, başqasının övladını nəzərdə tutur həmişə. Yaxud da valideyn deyil. Əlqərəz, həqiqət birdir. İnsan anlamalıdır ki, doğduğun can xoşbəxt olmalıdır. Xoşbəxtlik nədir? İsti yuva, şiddətsiz valideyn, tox qarın, təmiz geyim, sağlamlıq, təhsil, təbəssüm, təhlükəsiz yaşam. Bunlar yoxdursa, sadəcə uşaq yox, problem böyüdürsən”, – deyə o, həmçinin qeyd edib.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
icma.az

4Mənbələr