RU

İnşaat və tikinti sektoruna kredit qoyuluşları 18% dək artıb

ain.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1 milyard 346.7 milyon manat təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 1,7% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 200.5 milyon manat və ya 17,5% çoxdur.

2025-ci ilin martın əvvəlində bu sektora kredit qoyuluşları 1 milyard 146.2 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
banco.az

3Источники