ain.az, Milli.az saytına istinadən bildirir.
PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, fransız futbolçu "Liverpul"a qarşı oyunda start heyətində meydana çıxıb və bu, onun yarışda 40-cı oyunu olub.
Zair-Emeri bununla da 20 yaş 31 günlüyündə 40-cı oyununu keçirərək bu mərhələyə çatan ən gənc oyunçu olub. Əvvəlki rekord isə 21 yaş 164 günlüyündə Çempionlar Liqasında 40-cı oyununu keçirən "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingemə məxsus idi.
Qeyd etmək lazımdır ki, PSJ - "Liverpul" oyunu parislilərin 2:0 hesablı qələbəsi ilə bitib.
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.