AZ

Cud Bellingemin rekordunu yeniləyib

ain.az, Milli.az saytına istinadən bildirir.

PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, fransız futbolçu "Liverpul"a qarşı oyunda start heyətində meydana çıxıb və bu, onun yarışda 40-cı oyunu olub.

Zair-Emeri bununla da 20 yaş 31 günlüyündə 40-cı oyununu keçirərək bu mərhələyə çatan ən gənc oyunçu olub. Əvvəlki rekord isə 21 yaş 164 günlüyündə Çempionlar Liqasında 40-cı oyununu keçirən "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingemə məxsus idi.

Qeyd etmək lazımdır ki, PSJ - "Liverpul" oyunu parislilərin 2:0 hesablı qələbəsi ilə bitib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
news.milli.az

3Mənbələr