RU

Qırğızıstanda brakonyerliyə görə cərimələr üçqat artırılıb

BAKI, 9 aprel. TELEQRAF

Qırğızıstan hökuməti ölkədə biomüxtəlifliyin qorunması və brakonyerliyə qarşı mübarizənin gücləndirilməsi məqsədilə vəhşi təbiətə dəyən ziyana görə cərimələri artırıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi məlumat yayıb.

Hökumət vəhşi təbiətə dəyən ziyana görə cərimələrin əhəmiyyətli dərəcədə artırılması barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən, dağ keçilərinin qanunsuz öldürülməsinə görə cərimə üç dəfə artırılaraq 300 000 soma, cüyürlərə görə 100.000 soma, ağ və qara leyləklərə zərər vurulmasına görə isə 30 000 soma çatdırılıb.

Qeyd edilib ki, toplanan vəsaitin bir hissəsi ətraf mühit pozuntularını aşkar edən insanları maliyyə cəhətdən həvəsləndirmək və onların məsuliyyətə cəlb olunmasına kömək etmək üçün istifadə olunacaq.

Избранный
24
teleqraf.com

1Источники