Əməkdaşlar sahibkarı sakitləşdirməyə çalışsalar da, Q.Məmmədov onlara məhəl qoymayıb və uzunluğu təxminən 1.7 metr olan armaturu götürərək şirkətin iş icraçısı Fərhad Ağayevə (soyad şərtidir - red.) hücum edib. Məmmədov iş icrasının başına və boyun nahiyəsinə həmin əşya ilə ağır xəsarətlər yetirib, həmçinin şirkətin texnikalarına ciddi ziyan vurub.Hadisə yerinə polis əməkdaşları cəlb olunub, sahibkar isə oradan uzaqlaşa bilib.Polisin keçirdiyi əməliyyat nəticəsində Q.Məmmədov yeri müəyyənləşdirilərək saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, Məmmədov 5 il azadlıqdan məhrum edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31