RU

Zelenski Putinlə görüşməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş ABŞ-da və ya Yaxın Şərqdə baş tuta bilər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, o bu barədə İtaliyanın RAI radiostansiyasına müsahibəsində bildirib.

"Putinlə görüşə hazıram. Qətiyyən nə Moskvada, nə də Kiyevdə. Amma görüşmək üçün çox yer var - Yaxın Şərqdə, Avropada, ABŞ-da",- Zelenski bildirib.

 

Ukrayna prezidenti ABŞ-nin iştirakı ilə davam edən danışıqlar prosesindən də bəhs edib və qeyd edib ki, bu proses əsasənYaxın Şərqdə cəmləşib.

Bundan əvvəl Zelenski Rusiya-Ukrayna münaqişəsinin həlli üçün üçtərəfli görüşün alternativ variantını təklif edib.Onun fikrincə, danışıqlarda vasitəçi kimi çıxış edən ABŞ nümayəndə heyəti əvvəlcə Kiyevə, daha sonra isə Moskvaya səfər edə bilər.

Избранный
23
12
day.az

10Источники