RU

Millimiz Gürcüstana qarşı

Futzal üzrə millimiz bu gün Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, matç Tbilisi şəhərindəki İdman Sarayında oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.

Qeyd edək ki, yığmamız daha 3 yoldaşlıq oyununa çıxacaq. Komanda aprelin 11-də yenidən Gürcüstanla üz-üzə gələcək. Ayın 13-ü və 15-də isə yığmamız Aktauda Qazaxıstan ilə qarşılaşacaq.

9 aprel
Gürcüstan – Azərbaycan

Tbilisi, İdman Sarayı. Saat 18.00.

Избранный
5
1
football-plus.az

5Источники