RU

Fransada rəy sorğusu: Respondentlərin təxminən yarısı irqçilik qurbanı olduğunu bildirib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paris, 9 aprel, AZƏRTAC

Fransada aparılan sosial sorğuya görə, ölkə əhalisinin təxminən yarısı həyatlarında irqçilik və ya diskriminasiya ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq İrqçilik və Antisemitizmə Qarşı Liqanın sifarişi əsasında Ifop tərəfindən aparılan sorğuda 14 mindən çox respondent iştirak edib.

Respondentlərin 46%-i həyatları boyunca irqçi hücumlar və ya diskriminasiyaya məruz qaldığını qeyd edib. “Qara” və ya “ərəblər” kimi qəbul edilən şəxslərin 80%-i belə təzyiqlərlə üzləşdiklərini bildiriblər.

Sorğuya qatılanların 52%-i irqçi və dini diskriminasiyadan qorunmaq üçün riskli vəziyyətlərdən yayınma strategiyasına əl atıb. Respondentlərin 39%-i bəzi küçələrdən və bölgələrdən uzaqlaşıb, 19%-i mənşəyini gizlətmək üçün görünüşünü dəyişdirib, 19%-i isə internet və sosial şəbəkələrdə mənşəyini gizlətməyə çalışıb. Bu strategiya yəhudi mənşəlli fransızların 81%-i, müsəlmanların 58%-i və katoliklərin 54%-i tərəfindən seçilib.

Etnik mənşəyinə görə “ərəblər” kimi qəbul edilənlərin 61%-i, “qara” kimi qəbul edilənlərin isə 53%-i eyni davranışı göstərib.

Fransa Daxili İşlər Nazirliyinin mart ayında açıqladığı hesabatına görə, 2025-ci ildə polis və jandarma xidmətləri irqçilik, ksenofobiya və dini zəmində 9 min 700-dən çox cinayət və hüquq pozuntusunu qeydə alıb. Bu, 2024-cü illə müqayisədə 5%-lik artım deməkdir. 2016-2025-ci illər arasında bu növ halların illik orta artımı 7% təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
azertag.az

2Источники