RU

Bu ölkədə sürücülük vəsiqəmizi dəyişə bilərik

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az məlumat verir ki, sazişin qüvvəyə minməsi ilə Azərbaycan və Belarus vətəndaşları qarşılıqlı olaraq öz ölkələrində verilmiş sürücülük vəsiqələrini tanıdıb dəyişdirə biləcəklər.

Bu addım iki ölkə arasında nəqliyyat və avtomobil sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək.

Sazişin təsdiqi ilə bağlı iclas sabah keçiriləcək və deputatların müzakirəsindən sonra rəsmi təsdiq prosesi baş tutacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
cebheinfo.az

2Источники