RU

Neftimiz 20 dollardan çox ucuzlaşıb

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində kəskin azalma qeydə alınıb.

Far.Az xəbər verir ki, məlumata görə, bir barelin qiyməti 20,24 ABŞ dolları və ya 14,39% enərək 120,44 ABŞ dolları səviyyəsinə düşüb.

Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin iyun fyuçersləri 124,68 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" nefti də ucuzlaşıb. Belə ki, burada bir barelin qiyməti 19,69 ABŞ dolları və ya 14,63% azalaraq 114,89 ABŞ dollarına enib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil edilir və layihədə SOCAR-ın payı 31,65% təşkil edir.

Избранный
30
6
far.az

10Источники