RU

“ABŞ hərbi qüvvələri İran sərhədlərində qalacaq” - Donald Tramp

“Amerika hərbi qüvvələri və texnikası razılaşmanın bütün şərtləri tam yerinə yetirilənə qədər İran sərhədlərində qalacaq”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, ABŞ gəmiləri, təyyarələri və hərbi personalı əlavə silah-sursatla birlikdə bölgədə mövqelərini qoruyacaq.

ABŞ Prezidenti əlavə olaraq, Vaşinqton və Tehranın İranın nüvə proqramı və Hörmüz boğazının açıq saxlanılması ilə bağlı razılığa gəldiyini də açıqlayıb.

Tramp, habelə, xəbərdarlıq edib ki, atəşkəs razılaşması yerinə yetirilməzsə, ABŞ qüvvələri İrana yenidən hava zərbələri endirəcək.

Daşqın HəsənovMissiya.Az

Избранный
24
1
missiya.az

2Источники